Ermənilərin işğal etdikləri Azərbaycan-türk torpaqlarındakı mədəni abidələrimizi zaman-zaman necə "həzm-rabeə"dən keçirdikləri artıq heç kimə sir deyil. Amma məsələnin maraqlı cəhəti bundan ibarətdir ki, ermənilərin beynəlxalq qurumlara göndərdikləri saxta sənədləri qarşı tərəf tərəddüd etmədən, yoxlamadan, tarixi mənbələri araşdırmadan qəbul edir. Məhz həmin qurumların laqeyidsizliyi ucbatından təkcə Azərbaycana, azərbaycanlılara məxsus minlərlə maddi-mədəni irsimiz ermənilərin adına çıxılır, erməni mədəniyyəti kimi təqdim olunur.
Belə saxtakarlıqlar seriyasını Avstraliyanın elmi-publisistik coğrafiya jurnalı "National Geographiс" də tirajlayıb. Jurnalın gəldiyi qənaətə görə, Ermənistanın işğalı altındakı Zəngəzurun Sisian şəhəri yaxınlığındakı qədim rəsədxana xarabalıqları "Qara ox" - "Karaunc" kompleksi "erməni mədəni irsi"nə aiddir. SİA bu barədə məlumatı erməni mənbələrinə istinadən yayıb.

Əldə etdiyimiz xəbərə görə, "National Geographiс" jurnalı dünyanın ən qədim rəsədxanaları siyahısına "Qara ox" - "Karaunc" kompleksini də əlavə edib. Məlum məsələdir ki, ermənilər adətkarda olduqları əməllərini davam etdirərək bu dəfə də Azərbaycan mədəniyyətinə aid olan tarixi abidəni özlərininki kimi təqdim etməyi hələlik bacarıblar. Ona görə "hələlik" deyirik ki, bu "tapıntı"nın yaxın günlərdə öz sahibinin adını deyəcəyi qeyri-mümkün sayılmamalıdır. Düzdür, tariximizi, mədəniyyətimizi və nəhayət kimliyimizi bəlli etməkdə nədənsə həmişə xəsis olmuşuq. "Oğrular doğrunun bağrını yarandan" sonra ayılmışıq və özümüzü çox çətinliklə təsdiq etmişik. Budur, "xalqlar atası" Stalinin ötən əsrin əvvəllərindən Ermənistan adlı qondarma dövlətin tərkibinə zorla qatdığı Zəngəzur mahalının Sisian şəhəri yaxınlığında yerləşən bu qədim rəsədxana tanınmış jurnalda erməni abidəsi kimi təqdim olunub. Aydındır ki, Avstraliya jurnalı bu abidənin Ermənistanın inzibati ərazisində olduğunu əsas gətirib "erməni abidəsi" kimi qeyd edib. Əslində jurnal tarixi saxtalaşdırmaq əvəzinə Sisianın da daxil olduğu Zəngəzur mahalında əzəldən kimlərin yaşadığını, bu yerlərin əsl sahibinin kim olduğunu araşdırsaydı "Karaunc" kimi qeyd etdiyi, əsl adı Qara ox olan rəsədxananın Azərbaycan türklərinə aid olduğunu öyrənmiş olardı.

İşğal etdiyi torpaqların, onun üstündəki mədəniyyət abidələrinin məhz özlərinə məxsus olduğunu deməkdən çəkinməyən həyasız ermənilər burunları ovulmadıqca daha böyük iddialar irəli sürürlər. Ermənilərin əl-qol açmalarında bizim günahımız az deyil. Əgər zamanında "Qara ox" rəsədxanasının Azərbaycan türklərinə mənsub olduğunu isbat etmiş olsaydıq, bu gün Ağdamın işğal altındakı Şahbulaq kəndi yaxınlığındakı dağın üstündə qanunsuz arxeoloji qazıntı aparan erməni arxeoloqları burada "Tiqranakert" şəhəri "tapmazdı", Füzuli rayonunun ərazisindəki Azıx mağarasını qədim erməni yaşayış məskəni kimi dünyaya təqdim etməzdi.

Maraqlananlar üçün deməyi özümüzə borc bilirik ki, "Qara ox" - "Karaunc" rəsədxanası dünyada 3-4 qədim tikililərdən sayılır. Yaşı təxminən bizim eradan əvvəl VI əsrə gedib çıxır. Deməli, xələfləri Marağa, Şamaxı olan qədim "Qara ox" rəsədxanası Azərbaycan türklərinin tarixinin, fəza elminin nə qədər qədim olduğunu isbat etmiş olar.
Yazı çapa hazırlanarkən bizim fikirlərimizlə üst-üstə düşən, erməni həyasızlığını sübut edən yeni, həm də adət etdiyimiz bir xəbər aldıq. Məlumatı bu dəfə Azərbaycan XİN yaydı: "Ermənistan KİV-i bir qrup əcnəbi tədqiqatçının Azərbaycanın işğal olunmuş ərazilərində olan Azıx mağarasında qanunsuz arxeoloji qazıntı ilə məşğul olması barədə məlumat verib. Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan KİV-də barələrində bəhs olunan İspaniyanın Milli Təbii Elmlər Muzeyinin əməkdaşı Yolanda Fernandez-Xalvo (Dr. Yolanda Fernandez-Jalvo, Museo Nacional de Ciencias Naturales), Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq (Dr. Tania King) və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus (Dr. Peter Andrews, Natural History Museum, London) bir müddətdir ki qanunsuz olaraq Azərbaycanın işğal olunmuş Xocavənd rayonu ərazisindəki Azıx mağarasında arxeoloji fəaliyyətlə məşğuldur: "Bu şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib, ölkəmizin müvafiq dövlət qurumlarının lisenziyası olmadan Azıx mağarası ərazisində qazıntı işləri aparır, bu zaman aşkar edilmiş tarixi və arxeoloji maddi mədəniyyət nümunələrini və ya onlara dair məlumatları Azərbaycan Respublikasının sərhədindən gömrük nəzarətindən kənar – gizli və aldatma yolu ilə keçiriblər. Onların bu kimi hüquqazidd əməlləri Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin də ciddi şəkildə pozulmasıdır.

Bu kimi fəaliyyətləri ilə onlar beynəlxalq humanitar hüququ, YUNESKO–nun "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi" haqqında 1954-cü il Konvensiyası (Convention for the Protection of Cultural Property in the Event of Armed Conflict with Regulations for the Execution of the Convention 1954) və "Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri" haqqında 1970-ci il Konvesiyanın (Convention on the Means of Prohibiting and Preventing the Illicit Import, Export and Transfer of Ownership of Cultural Property 1970) müddəalarını da kobud şəkildə pozublar.
1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokol isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirib. Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin üzərinə "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəlik qoyur.

Təəssüflər olsun ki, İspaniyanın Milli Təbii Elmlər Muzeyi, Böyük Britaniyanın Blandford Tarix Muzeyi öz əməkdaşlarının Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq konvensiyalara zidd əməllərinin qarşısını almaq üçün zəruri tədbirlər görmürlər.
Azıx mağaralarında aparılan qanunsuz tədqiqatların "rəhbərlər"indən biri Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyandır.
Həmin şəxsin bu günlərdə rasizm xarakterli bəyanatla çıxış edərək Azıx mağarasından qanunsuz arxeoloji fəaliyyət nəticəsində tapılan və 7000 il yaşı olduğu iddia edilən DNT izinin müasir "erməni genetikasi" ilə uyğunluq təşkil etməsi barədə fikri dünya arxeologiya və antropologiya elminə qarşı təhqirdir, bütün mənəvi-etik çərçivələrdən kənardır. Ümumiyyətlə, Ermənistanın siyasi rəhbərliyi və elmi dairələrinin "erməni genetik kodlarına" bu dərəcədə aludəçiliyi yalnız alman faşistlərinin "ari irqi" kimi təhlükəli genetik maraqları ilə müqayisə oluna bilər.
Levon Yepiskopyanın rəhbərliyi altında bu əcnəbi vətəndaşların Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq apardıqları arxeoloji qazıntı işləri barədə Springer nəşriyyatı 2016-cı ildə "Azokh Caves and the Transcaucasian Corridor"("Azox mağarası və Transqafqaz dəhlizi") adlı kitab dərc edib.

Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistan Respublikası beynəlxalq hüquqi öhdəliklərinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət abidələrinin vəhşicəsinə talan və məhz edilməsi və mahiyyətinin dəyişdirilməsi siyasətini həyata keçirir.
Bu kimi qanunsuz fəaliyyətlərinə görə Yolanda Fernandez-Xalvo Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus adları hələ bir müddət bundan əvvəl "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na daxil edilib".
O əlavə edib ki, bununla bərabər, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, onlar barəsində digər zəruri hüquqi addımların atılması kimi tədbirlər də nəzərdən keçirilir: "Ermənistan KİV-də barələrində bəhs olunan İspaniyanın Milli Təbii Elmlər Muzeyinin əməkdaşı Yolanda Fernandez-Xalvo (Dr. Yolanda Fernandez-Jalvo, Museo Nacional de Ciencias Naturales), Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq (Dr. Tania King) və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus (Dr. Peter Andrews, Natural History Museum, London) bir müddətdir ki qanunsuz olaraq Azərbaycanın işğal olunmuş Xocavənd rayonu ərazisindəki Azıx mağarasında arxeoloji fəaliyyətlə məşğuldur. Bu şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib, ölkəmizin müvafiq dövlət qurumlarının lisenziyası olmadan Azıx mağarası ərazisində qazıntı işləri aparır, bu zaman aşkar edilmiş tarixi və arxeoloji maddi mədəniyyət nümunələrini və ya onlara dair məlumatları Azərbaycan Respublikasının sərhədindən gömrük nəzarətindən kənar – gizli və aldatma yolu ilə keçiriblər. Onların bu kimi hüquqazidd əməlləri Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin də ciddi şəkildə pozulmasıdır.
Bu kimi fəaliyyətləri ilə onlar beynəlxalq humanitar hüququ, YUNESKO–nun "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi" haqqında 1954-cü il Konvensiyası (Convention for the Protection of Cultural Property in the Event of Armed Conflict with Regulations for the Execution of the Convention 1954) və "Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri" haqqında 1970-ci il Konvesiyanın (Convention on the Means of Prohibiting and Preventing the Illicit Import, Export and Transfer of Ownership of Cultural Property 1970) müddəalarını da kobud şəkildə pozublar.
1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokol isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirib. Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin üzərinə "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəlik qoyur.
Təəssüflər olsun ki, İspaniyanın Milli Təbii Elmlər Muzeyi, Böyük Britaniyanın Blandford Tarix Muzeyi öz əməkdaşlarının Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq konvensiyalara zidd əməllərinin qarşısını almaq üçün zəruri tədbirlər görmürlər.
Azıx mağaralarında aparılan qanunsuz tədqiqatların "rəhbərlər"indən biri Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyandır.
Həmin şəxsin bu günlərdə rasizm xarakterli bəyanatla çıxış edərək Azıx mağarasından qanunsuz arxeoloji fəaliyyət nəticəsində tapılan və 7000 il yaşı olduğu iddia edilən DNT izinin müasir "erməni genetikasi" ilə uyğunluq təşkil etməsi barədə fikri dünya arxeologiya və antropologiya elminə qarşı təhqirdir, bütün mənəvi-etik çərçivələrdən kənardır. Ümumiyyətlə, Ermənistanın siyasi rəhbərliyi və elmi dairələrinin "erməni genetik kodlarına" bu dərəcədə aludəçiliyi yalnız alman faşistlərinin "ari irqi" kimi təhlükəli genetik maraqları ilə müqayisə oluna bilər.
Levon Yepiskopyanın rəhbərliyi altında bu əcnəbi vətəndaşların Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq apardıqları arxeoloji qazıntı işləri barədə Springer nəşriyyatı 2016-cı ildə "Azokh Caves and the Transcaucasian Corridor"("Azox mağarası və Transqafqaz dəhlizi") adlı kitab dərc edib.
Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistan Respublikası beynəlxalq hüquqi öhdəliklərinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət abidələrinin vəhşicəsinə talan və məhz edilməsi və mahiyyətinin dəyişdirilməsi siyasətini həyata keçirir.
Bu kimi qanunsuz fəaliyyətlərinə görə Yolanda Fernandez-Xalvo Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus adları hələ bir müddət bundan əvvəl "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na daxil edilib. Bununla bərabər, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, onlar barəsində digər zəruri hüquqi addımların atılması kimi tədbirlər də nəzərdən keçirilir".
Bura qədər, biz diplomatik yolla məsələni həll etməyə çalışırıq, həmin alimlərin adını "qara siyahı"ya salırıq, barələrində ölçü götürmələri üçün mənsub olduqları ölkəyə etiraz məktubu ünvanlayırıq, bir müddətdən sonra həmin "alim" üzr istəyir, biz də ürəyiyumşaqlıq edib onun adını "ağardırıq". Və günlərin bir günündə xəbər tuturuq ki, həmin "danabaş" başqa ad altında yenidən Azıx mağarasının girişində zühr edib...
Beləliklə, oğru yenə iş başındadır. Onlara "dur" deməyin təsirli üsulu isə hələ tapılmayıb. Tapan varsa, buyursun...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB