Poçt sahəsində “Şəbəkə” layihəsinin icrasına başlanılır

Poçt sahəsində “Şəbəkə” layihəsinin icrasına başlanılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinin bütün xidmətləri "Azərpoçt"un şöbə və filiallarında toplanacaq. SİA-nın məlumatına görə, bunu Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu məqsədlə "Şəbəkə" layihəsinə start verilir. Pilot layihə artıq "Azərpoçt"un mərkəzi şöbəsində işə salınıb, yaxın zamanlarda Bakıda və Azərbaycanın digər rayonlarında da layihənin icrasına başlanılacaq. E.Vəlizadə onu da qeyd edib ki, yaxın günlərdə ölkədə iri DATA-mərkəzi işə salınacaq. Bu məlumat mərkəzinin resursları həm dövlət strukturları, həm də özəl şirkətlər tərəfindən istifadə oluna biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə