2017-ci ildən Həcc ziyarəti kreditlə olacaq QƏRAR İMZALANDI

2017-ci ildən Həcc ziyarəti kreditlə olacaq QƏRAR İMZALANDI

Türkiyədə Həcc ziyarətinə getmək istəyənləri sevindirəcək qərar verilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Dini İşlər üzrə Nazirliyi Həcc ziyarəti çərçivəsində müqəddəs torpaqlara getmək istəyənlərə kredit imkanının təqdim edilməsi ilə bağlı qərar imzalayıb.

Əvvəllər bu imkan sadəcə özəl şirkətlərdə mümkün idi. 2017-ci ildən etibarən Dini İşlər Nazirliyi ziyarətə gedənlərə tam imkanların yaradılması üçün belə bir addım atacaq. Qərara əsasən, ziyarətə gedənlər ilkin ödəniş nəzərə alınmadan 4-6 aylıq kreditli ödəniş imkanı əldə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə