Mütəxəssislər baş ağrısının müxtəlif səbəblərini araşdırıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, alimlərin iddiasına görə, gündəlik həyatda diqqət etmədiyimiz bir çox hərəkətlər baş ağrısına səbəb ola bilər. İnsanların düzgün olmayan oturuşu belə baş ağrısı yarada bilər. Uzun müddət dik oturmayanda oynaq və əzələlərə təzyiq çoxalır və bu da baş ağrısı yaradır.
Həftədə 2-3 dəfədən çox ağrıkəsici qəbul etmək insan orqanizmini belə vasitələrə öyrəşdirir və dərman qəbul etməyəndə baş ağrısı yaranır.
Əldə daşınan çatalar insanın ağırlığının 10 faizindən az olmalıdıır. Qadınların çantanı uzun müddət bir qoldan asılı daşıması da belə fəsadlar törədə bilər. Mümkün qədər bel çantasına üstünlük verilməlidir.
Baş ağrısı yaradan digər səbəb yanlış nəfəs almaqla ağırlıq qaldırmaqdır. Nəfəsi saxlayaraq ağırlıq qaldırdıqda üz qızarır, qan təzyiqi yüksəlir ki, bu da baş ağrısına səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB