Bəzi yollarda tıxac var

Bakı şəhərində sıxlıq müşahidə olunan küçə və prospektlərin adları açıqlanıb. SİA-nın Bakı Nəqliyyat Agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda Tbilisi prospekti (İzmir küçəsi istiqaməti), Ziya Bünyadov prospekti (hər iki istiqamət), Heydər Əliyev prospekti (Heydər Əliyev mərkəzinin yanı şəhər istiqaməti), Yusif Səfərov küçəsi (Cavanşir körpüsü istiqaməti), Koroğlu Rəhimov küçəsi (Heydər Əliyev mərkəzi istiqaməti), Abbasqulu ağa Bakıxanov küçəsi (İzmir parkı istiqaməti), Bakı-Sumqayıt şosesi (Bakı istiqaməti), Moskva prospektində (20 Yanvar dairəsi istiqaməti) tıxac var.

Bütün xəbərlər Facebook səhifəmizdə