Koreyadan gətirilmiş yeni sitrus ağacları Lənkəranda ilk bar verib

Koreyadan gətirilmiş yeni sitrus ağacları Lənkəranda ilk bar verib

Ötən il Koreyadan Azərbaycana gətirilərək Lənkəranda 15 hektar ərazidə əkilmiş yeni növ sitrus ağacları nübar bar verib. Rayonun Sütəmurdov və Gərmətük kəndlərinin ərazisində əkilmiş ağacları qışın şaxtalı havalardan qorumaq üçün qabaqlayıcı tədbirlər görülür.

Sahənin rəhbəri Mirzə Musayev aqrotexniki tədbirlərin vaxtında aparılmasının vacibliyini vurğulayaraq deyib: "Yeni növ sitrus meyvə ağaclarının Azərbaycan mühitində inkişafı barədə məlumatımız olmadığına görə, nümunə üçün bəzi yerlərdə ağacların üzərindəki meyvələr saxlanılıb. Onların üzərində müşahidələr aparaq meyvələrin yetişmə müddətini təyin edəcək, bitkinin Lənkəran şəraitində necə inkişaf etdiyini öyrənəcəyik".

Bu ilin quraq yayından sonra leysan yağışların yağması bitkilərə mənfi təsir göstərib. Yeni növ sitrus bitkisinin becərilməsinin ən böyük çətinliyi onların şaxtaya davamlılığın aşağı olmasıdır. Buna görə də maksimum şərait yaradılır ki, bitkilər normal inkişaf edə bilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə