FHN-nin təyyarəsi İsraildən qayıtdı FOTOLAR

Bu hava gəmisi ilə 8 məntəqədə yanğını söndürülüb
FHN-nin təyyarəsi İsraildən qayıtdı FOTOLAR

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İsraildə tüğyan edən yanğınların söndürülməsinə kömək göstərmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "BE-200ÇS" amfibiya tipli təyyarəsi noyabrın 25-də bu ölkəyə göndərilmişdi.

FHN mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan təyyarəsi noyabrın 26-da yanğın yerlərinə kəşfiyyat xarakterli uçuşlar həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını söndürməyə müvəffəq olub.

Təyyarəmiz yanğınların söndürülməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə