Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşlığı ilə Gəncə şəhərinin bir çox ali təhsil ocaqları, universitet və kolleclərində "Təhsil dəstək" kampaniyası çərçivəsində "Sən də 1incisən"adlı tələbələr üçün silsilə görüşlər təşkil etdi.
Mərkəzdən SİA-ya verilən məlumata görə, növbəti tədbir Gəncə Musiqi Kollecində baş tutdu. Tədbirdə kollec rəhbərliyi, tələbə təşkilatının üzvləri və 200 nəfər tələbə iştirak edirdi. Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Fatma Qafarzadə tələbələrinin fəallığından danışaraq layihəyə uğurlar arzuladı.
Sonra Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin Rəhbəri Aygün Həsənzadə çıxışına ilk öncə Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir!" sözləri ilə başlayaraq, bu gün ölkəmizdə gənclərin inkişafı istiqamətində, təhsil sahəsində aparılan islahatlardan danışdı.
Sonra layihənin rəhbəri, biznes məsləhətçi Ənvər Yavəroğlu da çıxış edərək təhsilə dəstək olaraq həyata keçirilən layihənin mahiyyəti haqqında iştirakçılara ətraflı məlumat verdi, iştirakçılarla fikirlərini bölüşdü.
Tərəfdaş qurum olan Gəncə Beynəlxalq Xəstəxanasının nümayəndəsi Selvi Maral da çıxış edərək "1inci klub" kartında gənclərin sağlamlığının qorunması üçün birgə əməkdaşlıqdan danışdı.
Tədbir tələbələrin maraqlı müzakirələri, təklifləri ilə davam etdirildi.
Sonda Gəncə Musiqi Kollecinin tələbələrinin təqdim etdiyi musiqilər, ifalar tədbirə rəng qatdı.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB