Bu gün səhər saatlarında Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttində Gürcüstandan respublikamıza gələn 1952-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Naim Tozlunun qəflətən halı pisləşib, gömrük əməkdaşları ilkin yardım göstərmiş və əraziyə təcili tibbi yardım briqadası çağırılıb. SİA-nın məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq vətəndaşı xilas etmək mümkün olmayıb.
Tibbi personalın verdiyi ilkin rəyə əsasən Türkiyə Respublikasının vətəndaşı Naim Tozlu urək tutmasından vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB