Bir gündə 63 cinayət faktı qeydə alınıb

Bir gündə 63 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 63 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər"lə açılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 56 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Qeyd edək ki, cinayət törətməkdə şübhəli bilinən 76 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə