“Jek”lərin səlahiyyəti bələdiyyələrə veriləcək

“Jek”lərin səlahiyyəti bələdiyyələrə veriləcək

Onsuz da fəaliyyəti bilinməyən Mənzil İstismar Sahələrinin, el dili ilə desək "JEK"lərin ləğvi məsələsi yenidən gündəmə gəlib. Buna səbəb gələn ilin dövlət büdcəsində bu quruma vəsaitin nəzərdə tutulmamasıdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun verdiyi məlumata görə, bu qurumların gördüyü iş bələdiyyələrə həvalə oluna bilər və bu məqsədlə də büdcədə 5 milyona yaxın vəsait nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə