Anadolu agentliyinin təmsilçisi Bakıda keçirilən beynəlxalq tədbirdən danışdı
Türkiyənin Anadolu agentliyi Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvü olan bir sıra agentliklərlə, o cümlədən AZƏRTAC ilə sıx əməkdaşlıq edir.
Bu fikri Türkiyənin Antalya şəhərində TRT tərəfindən müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan jurnalistlər üçün təşkil edilən IV Beynəlxalq Media Proqramı çərçivəsində çıxışı zamanı Anadolu agentliyinin baş direktorunun müavini Metin Mutanoğlu deyib. O, noyabrın 18-də Bakıda OANA-nın XVI Baş Assambleyasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. OANA-ya sədrliyin AZƏRTAC-a keçdiyini vurğulayan M.Mutanoğlu Anadolu-nun nümayəndələrinin Bakıda baş direktor Aslan Aslanovla görüşdüyünü söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB