Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

SİA-nın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbərinə görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 26 min ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə