DMX Qusar rayonunda növbəti səyyar xidmət təşkil edib

DMX Qusar rayonunda növbəti səyyar xidmət təşkil edib

Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qusarda əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edilib. DMX-dən SİA-ya verilən məlumata görə, səyyar xidmətin imkanlarından müraciət edən 46şəxs istifadə edib. Onlardan 13 nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, 7 nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul olunub. 8 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 11 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 7 şəxsə isə təqdim etdikləri sənədlərdə mövcud çatışmazlıqlar izah edilib, həmçinin DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildirblər.

Bütün xəbərlər Facebook səhifəmizdə