25 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Bərdə, Tərtər rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin qəbulunu keçirib. SİA-nın FHN mətbuat xidmətinə istinadən xəbərinə görə, Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 16 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət edən 205 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB