Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətlərinin obyektiv şəkildə araşdırılması və nəticələrinə əsasən qanunauyğun tədbirlər görülməsi istiqamətində işlər davam etdirilir.
ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, müraciətlərə əsasən cari ilin yanvar-oktyabr aylarında görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti 787,3 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin məbləğin 94,6 faizi gecikdirilmiş əmək haqlarından, 3,2 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
Həmçinin yanvar-oktyabr aylarında qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmiş 20 nəfər vətəndaşın Xidmət tərəfindən yenidən öz əvvəlki işlərinə bərpa olunması təmin edilib.
Xidmətin əməkdaşları vətəndaşların əmək hüquqularının təmin olunması, o cümlədən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları ilə bağlı aidiyyəti işəgötürənlərə hüquqi izahatlar veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB