2017-ci ildə ipoteka kreditinə 100 milyon manat vəsait ayrılacaq AÇIQLAMA

2017-ci ildə ipoteka kreditinə 100 milyon manat vəsait ayrılacaq AÇIQLAMA

"Dövlət başçısı ipoteka kreditinin daha şəffaf təmin edilməsi, əhalinin əziyyət çəkməməsi üçün ipotekanın elektron portal vasitəsilə həyata keçirməsi məsələsini ön plana çıxarıb. Azərbaycan Prezidentinin sərəncamı ilə artıq insanlar ərizə və sənədlərini daha asan yolla yəni elektron internet vasitələrindən istifadə etməklə təqdim edə biləcəklər. Bu, çox əhəmiyyətlidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

Azərbaycanda ipoteka sistemində ciddi maneələrin olmadığını deyən millət vəkili qeyd edib ki, dövlət büdcəsindən həyata keçirilən ipoteka ilə bağlı razılıqlar qanunvericilik əsasında reallaşır həyata keçirilir

Onun sözlərinə ipoteka ilə bağlı həll olunmayan bir məsələ var ki, o da faiz dərəcələri ilə bağlıdır: "İpoteka kreditində faiz dərəcələrinin aşağı salınması ilə bağlı təklif irəli sürmüşük. Lakin məsələ hələ də həllini tapmayıb. Amma bütün bunlara baxmayaraq Ölkə başçısı İpoteka kreditləşməsinə üstünlük verir. Ölkə başçısının tapşırığı ilə ölkədə sosial mənzillərin tikilməsi ilə bağlı layihəyə də start verilib. Bütün bunlar göstərir ki, insanların mənzillə təmin olunması dövlətin əsas prinsiplərindən biridir".

"Ümumiyyətlə, son vaxtlar ölkəmizdə İpoteka sistemi ilə bağlı mühüm addımlar atılır. 2016-cı ilin dövlət büdcəsində ipoteka kreditinə 50 milyon manat nəzərdə tutulmuşdusa, 2017-ci ildə sosial evlər və ipotekaya 100 milyon manat vəsait nəzərdə tutulub"- deyə, V. Əhmədov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Elektron ipoteka" sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək, "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti isə bu fərmandan irəli gələn məsələləri həll edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə