Türk nümayəndə heyəti Gəncədə FOTOLAR

Türk nümayəndə heyəti Gəncədə FOTOLAR

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayən­dəliyinin rəhbəri Adəm Urfanın başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub. SİA-nın məlumatına görə, görüşdə millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Orxan İşıq iştirak ediblər.

Millət vəkili Naqif Həmzəyev qonaqları salamlayıb, onları ölkənin qədim mədəniyyət mərkəzi Gəncədə görməkdən məmnun olduğunu bildirib, Nizami yurdunun qədim tarixi, zəngin mədəniyyəti, sənaye potensialı, təhsilin inkişafı və bu istiqamətdə həyata keçirilən çoxşaxəli layihələrdən söhbət açıb.

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin rəhbəri Adəm Urfa Agentliyin Azərbaycanda iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi layihələrdən danışıb, Türkiyə Respublikası Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin fəaliyyəti haqqında məlumat verib.

Görüşdə Gəncə şəhərində həyata keçirilə biləcək layihələr haqqında danışılıb, təhsil, məşğulluq, eləcə də sosial müdafiə sisteminin ayrı-ayrı sahələrində əməkdaşlığa başlanılmasının mümkünlüyü diqqətə çatdırılıb, layihələrin icrasına dair təkliflər nəzərdən keçirilib. Görüşdə, Nizami Gəncəvinin şəxsiyyəti və yaradıcılığının Türkiyədə tanıdılması, gənclərin inkişafı, fəallığının genişləndiril­məsi, peşəyönümlü təhsillə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Adəm Urfa bu görüşə qədər Gəncədə təhsilin keyfiyyətini daha da yaxşılaşdırmaq, təhsil proqramlarının həyata keçirilməsi prosesi ilə yaxından tanış olmaq, Türkiyənin təhsil təcrübəsini paylaşmaq məqsədi ilə Gəncənin müxtəlif təhsil müəssisələrində olduğunu vurğulayıb.

Görüşdən sonra nümayəndələr Gəncə Tibb Kollecində olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə