Bu kəndlərdə qaz kəsiləcək DİQQƏT

Bu kəndlərdə qaz kəsiləcək DİQQƏT

Noyabrın 25-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Puta", saat 11:00-dan 14:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin "Sarıtəpə" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SOCAR-dan SİA-ya verilən xəbərə görə, təmir müddətində Qaradağ rayonunun Puta, Körgöz və Qızıldaş, Şəmkir rayonunun Sarıtəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə