Manatın gələcək taleyi PROQNOZ

Manatın gələcək taleyi PROQNOZ

"Dolların bahalaşması yalnız dünyada davam edəcək və digər valyutalara qarşı olacaq. Azərbaycanda isə bu proses tamam fərqlidir". Bunu SİA-ya iqtisadçı-ekspert Rəşad Həsənov dünyada dolların bahalaşmasının Azərbaycana təsirindən danışarkən deyib.

Onun sözlərinə görə, ölkəmizdə dolların bahalaşması onun uçot dərəcəsinin dəyişməsindən qaynaqlanmır: "Uçot dərəcəsinin ölkəmizdə dolların qiymətinə təsiri valyuta bazarında 3-4 faiz ola bilər. Ölkədə dolların bahalaşmasının əsas səbəbi neftin dünya bazarındakı qiyməti və ölkənin tədiyyə balansındakı vəziyyətdir. Neft ucuzlaşdıqda ölkəyə daxil olan valyuta azlıq təşkil etdiyi üçün dolların qiyməti bahalaşır və manat kəskin şəkildə dəyərini itirir. Ona görə də ABŞ-da qəbul olunacaq uçot dərəcəsi ilə bağlı qərarın ümumi bazarlarda təsiri fəlakət yaradacaq səviyyədə olmayacaq. Lakin neftin ucuz şəkildə satılması davam edərsə və dolların möhkəmlənməsi son dərəcə də neftin qiymətinin son dərəcə ucuzlaşmasına gətirib çıxacaqsa OPEC ölkələri noyabr toplantısında hasilatın dondurulması ilə bağlı qərar verə bilməyəcəklərsə, bu zaman manatın ABŞ dolları qarşısında bundan sonrakı dövrdə hələlik uzun müddət ucuzlaşma prosesinin davam edəcəyini deyə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə