İrandan ölkəmizə quş və quşçuluq məhsullarının idxalına qadağa qoyulub
İrandan Azərbaycana diri quş və quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub. Buna səbəb həmin ölkədəki 2 təsərrüfatda quş qripinin aşkarlanmasıdır. Qadağanın nə vaxt aradan qaldırılacağı isə hələlik məlum deyil. İrandan Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyuldu. Buna səbəb Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından İranın Tehran bölgəsində iki damazlıq quşçuluq təsərrüfatında ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması barədə məlumatıdır.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanovun sözlərinə görə, həmin xəstəlik insanlara keçmir. Məhdudiyyətin nə vaxt aradan qaldırılacağı isə hələlik məlum deyil. Noyabrın 28-dən etibarən ölkə ərazisində quş qripinə görə növbəti monitorinqə start veriləcək. (Xezerxeber.com)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB