Şaiq Həmidov: “Sport Time” jurnalı paralimpiyaçılara daim diqqətlə yanaşır"
"Ölkəmizdə idmana, onun təbliğatına xidmət göstərən "Sport Time" jurnalı paralimpiyaçılara daim diqqətlə yanaşır. Jurnalın bütün saylarında Paralimpiya Hərəkatı və paralimpiyaçılar barədə məqalələr dərc olunur. Onu da deyim ki, bu diqqət jurnal rəhbərliyinin paralimpiyaya olan xüsusi diqqətinin nəticəsidir. Milli Paralimpiya Komitəsi ilə yaxından əməkdaşlıq edən jurnal rəhbərliyinə şəxsən təşəkkürümü bildirirəm. Yaxşı bilirik ki, göstərilən hər bir diqqət bütün idmançılara müsbət təsir edir, onların daha məsuliyyət və həvəslə çalışmasına gətirib çıxarır. "Sport Time" dərgisinin hər sayını əlimə alıb varaqlayanda bu işə nə qədər peşəkarlıqla yanaşıldığını görürəm. İnsan sevdiyi işlə məşğul olanda, bu, mütləq özünü göstərir". Bu fikirləri Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov "Sport Time" jurnalının əməkdaşlarına verdiyi müsahibə zamanı bildirib.
O, qeyd edib ki, paralimpiyaçılar sözün əsl mənasında fədakar insanlardır. Onlara diqqətlə yanaşmaq həssaslıq tələb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB