Aztəminatlı ailələrə çoxmərtəbəli binalar tikiləcək

Aztəminatlı ailələrə çoxmərtəbəli binalar tikiləcək

SPEKA-nın Gəncədə keçirilən İqtisadi Formunun 2-ci günündə bir çox önəmli məsələlər müzakirə edilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyev həlli vacib olan problemlərdən danışıb.

İcra başçısı bildirib ki, Gəncədə şəhər ərazisindən köçürülən hərbi hissələrin yerində aztəminatı ailələr üçün çoxmərtəbəli binaların tikilməsi nəzərdə tutulur.

Tədbirdə həmçinin təhsil, səhiyyə, turizm sahələrinə aid yeni layihələrin hazırlanacağı da diqqətə çatdırılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə