Firdovsi Əliyev: "Azərbaycanda mühafizə olunan ərazilərin sahəsi artıb"
"Əgər müstəqilliyin ilk illərində Azərbaycanda xüsusi mühafizə olunan ərazilərin hissəsi 4.5 faiz idisə, bu gün həmin rəqəm 10.5 faizə çatıb". SİA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Milli Məclisdə keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Ətraf mühit və təbii ehtiyatlar komissiyasının ikinci iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2000-ci ildə ölkədə1 milli park var idi: "Hazırda ölkəmizdə 9 milli park var. Azərbaycan gələcək nəsillərə ölkə ərazisində 10.3 faiz xüsusi mühafizə olunan ərazini ötürəcək. Bu gün Avropada vəhşi təbiət qalmayıb. Əgər vəhşi təbiət görmək istəyirsinizsə, buyurun Azərbaycana gəlin".
Nazir müavini əlavə edib ki, Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı 45 qanun qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB