İstehlakçılar ən çox nədən şikayət edir? RƏY

İstehlakçılar ən çox nədən şikayət edir? RƏY

Son günlər istehlakçıları narahat edən məsələ məhz "Nutella" şokolad yağları və "Rafaello" şokoladları ilə bağlıdır. Gün ərzində bizə bununla bağlı 50-ə yaxın zəng daxil olur". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, əgər sözügedən məhsulların etiketinə inansaq orada regional distrübüterin Ermənistan olduğu qeyd olunub: "Bu da o deməkdir ki, Ermənistanın razılığı olmadan bu mal regiona ötürülə bilməz. Lakin məhsulun şirkətinin təqdim etdiyi sənədlərdə məhsulun Polşadan daxil olduğu qeyd olunub. Bu onu göstərir ki, məhsulun bir hissəsi Polşadan bir hissəsi isə Ermənistandan daxil olub. Bildiyiniz kimi məhsulun üzərində olan ştrix kodu oxuya bilən xüsusi proqramlar var. Lakin maraqlısı odur ki, proqram bu məhsulların ştrix kodunu oxuya bilmir. Lakin cədvəl əsasında bu məhsulların İtaliya istehsalı olduğu müəyyən edilib. Qeyd etdiyimiz kimi sənədlər onun Polşa istehsalı olduğunu göstərdiyi halda belə bir vəziyyətin yaranması anormaldır və çox təəssüf şirkət də bununla bağlı məsələyə heç bir aydınlıq gətirmir. Bu istehlakçıların hüquqlarının pozulması deməkdir".

E.Hüseynov qeyd edib ki, ümumiyyətlə, bu kimi məhsullar ölkəyə buraxılmamalı və şirkət də onları ölkəyə gətirməməlidir.

AİB sədri əlavə edib ki, istehlakçıların son zamanlar şikayət etdikləri məhsullar arasında dərman preparatları da var: "Xüsusilə də internet üzərindən satış həyata keçirən sertifikatsız dərmanlar istehlakçıları çox narahat edir. Bəziləri hətta nə dərman, nə də qida əlavəsi deyil. Bu cür halları istehlakçıların həyatları üçün təhlükəlidir. İstehlakçıların aldadılması yol verilməzdir".

Bütün xəbərlər Facebook səhifəmizdə