Dövlət Komitəsi sədrinin Ağdaşda vətəndaş qəbulunun tarixi dəyişdirilib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənovun Ağdaş rayonunda keçiriləcək növbəti vətəndaş qəbulunun vaxtı dəyişdirilərək 26 noyabr 2016-cı il tarixinə keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, qəbulda yalnız Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Ağdaş rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsi: (02233) 6-70-09 (02023) 5-41-71
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB