Misir Prezidenti 82 gənci əfv edib

Misir Prezidenti 82 gənci əfv edib

Misir Prezidenti Abdul Fəttah Əl-Sisinin imzaladığı əfv sərəncamı ilə 82 misirli gənc cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər. SİA-nın məlumatına görə, yeni əfv olunmuş məhbuslar müxtəlif ittihamlarla, əsasən qeyri-qanuni etirazlara görə azadlıqdan məhrum olunmuşdular. Siyahıya əsasən universitet tələbələri, o cümlədən televiziya aparıcısı və tədqiqatçı İslam Əl-Bəhri eləcə də iki jurnalist də daxildir.

Gənc məhbusların siyahısı Prezident tərəfindən yaradılmış müstəqil komitənin tövsiyələri əsasında ötən ay Şarm əl-Şeyxdə keçirilən birinci Gənclər konfransında tərtib edilib. Komitənin heyətinə gənc nümayəndələr və görkəmli siyasi xadimlər daxildir.

Bu, bu il ərzində Prezident Sisinin imzaladığı dördüncü əfv sərəncamıdır. Əfv məsələləri üzrə komitə öz işini növbəti dəfə gənc məhbusların azadlığa buraxılması üçün Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və İnsan Hüquqları üzrə Milli Şura ilə razılığa gələrək birlikdə davam etdirəcək.

Prezidentin bu əfvi uğurlu və məhsuldar nəticə olaraq göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə