Bu gün səhər Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində problem yaranıb. Bakıdan hərəkət edən və saat 08:30-da Sumqayıta çatmalı olan elektrik qatarı zamanında mənzil başında olmayıb. Sumqayıt stansiyasında olan əməkdaşımızın verdiyi məlumata görə, platformada təxminən 300-ə yaxın insan gözləyib. Qatar gəlmədiyinə görə, insanlar başqa nəqliyyat vasitəsindən istifadə etməli olublar.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov problemin yaranma səbəbləri haqda məlumat verib: "Saat 07:10-da Bakı Sərnişin Stansiyasına qəbul olunan Balakən qatarının elektrik şəbəkəsində (gərginlikdə) problem yaranıb. Ona görə xəttdə gecikmə baş verib. Sumqayıt qatarı da bu səbəbdən gecikib. Hazırda Bakıya gələn bütün qatarlar qəbul olunub. Bakı-Sumqayıt qatarının hərəkəti də bərpa olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB