"Xəstə adam psixoloji pozuntudan intihar edə bilər" MÜTƏXƏSSİS RƏYİ

"Xəstə adam psixoloji pozuntudan intihar edə bilər" MÜTƏXƏSSİS RƏYİ

Bakıda 1996-cı il təvəllüdlü Toğrul Məhəmməd oğlu Rzayev yaşadığı mənzildən, yəni 8-ci mərtəbədən özünü ataraq intihar edib. 20 yaşlı gənc yerindəcə ölüb. İlkin məlumata görə, T. Rzayev bir müddət əvvəl beyin iflici keçirib. Onun ağrılara dözmədiyindən intihar etdiyi ehtimal olunur. Doğurdanmı sağlamlıqla bağlı problemlər insanı ölümə sürükləyə bilirmi?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova bildirib ki, hrə hansı bir şəxsin intiharına onun uzun müddət və ya ümumiyyətlə, hər hansı bir xəstəlikdən əziyyət çəkməsi səbəb ola bilməz: "Xəstə adam intihar edirsə, deməli mənəvi cəhətdən dayaqsız olub, psixoloji pozuntudan, daxili aqressiyadan bu addımı atıb.

Beyin nə düşünürsə, insan həyatda onu realizə edir. Ümumiyyətlə, insanı idarə edən onun beynidir ki, buna psixologiyada psixosomatika deyilir. Güclü ağrı çəkən insanlarda beyin donur və həmin şəxs qeyri-adekvat davranış törədərək özünü intihar edir. Bu məqamda həmin şəxsin yaxınları ona kömək edə bilərlər. Belə ki, ata-ana və ya yaxın qohumları və dostları həmin şəxsə ağrılarını çəkməkdə dəstək olmaqla yanaşı, ona öz güvənini qaytara bilərlər. Dəstəyin olmaması, həmin şəxslərin intihar etməsinə yol aça bilər".

Psixoloq qeyd edib ki, yaşından asılı olmayaraq kimsə intihar edirsə, demək ki, onun həyata keçməyən istəkləri var və həmin şəxs ürəyindəkiləri reallaşdıra bilməyəcəyini bildiyi üçün bu yola əl atır: "Belə insanları psixologiyada Tanatos- yəni riskə meyli insanlar adlandırırlar. Onlar riskdən yaranan adrenalindən bir müddət xoşbəxt olduqları üçün intihara meylli olurlar".

"Əgər bir insan intihara cəhd edib və onun qarşısı alınıbsa, həmin şəxsi 3 il müddətində nəzarətdə saxlamaq lazımdır. Çünki həmin şəxs bu müddət ərzində yenə intihara cəhd edə bilər" - deyə, E. Eminova əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə