Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Biotexnologiya şöbəsinin İnsan genetikası qrupunun üzvü, kiçik elmi işçi Nigar Məmmədova Belarus Respublikasının Minsk şəhərində 4 günlük elmi ezamiyyətdə olublar.
AMEA-dan SİA-ya verilən məlumata görə, ezamiyyətin əsas məqsədləri Belarus Milli Elmlər Akademiyasının institutlarında, xüsusən, Sitologiya və Genetika İnstitutunda (BSGİ) elmin kommersiyalaşdırılması sahəsində toplanmış böyük təcrübənin və bununla əlaqədar sənədləşdirmə işlərinin öyrənilməsindən, birgə aparılan elmi tədqiqat işlərinin gedişi, gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı müzakirələr aparmaqdan ibarət olub. Səfər çərçivəsində BSGİ və Belarus Kənd Təsərrüfatı Elmi-Praktiki Mərkəzində (KTEPM) görüşlər keçirilib.
Səfər çərçivəsində pullu xidmətlər göstərən tədqiqat laboratoriyalarının akkreditasiya və sertifikasiyasına aid BSGİ-nin rəhbərliyi ilə geniş fikir mübadiləsi aparılıb, müvafiq sahədə əldə edilmiş təcrübə öyrənilib. Həmçinin, elmin kommersiyalaşdırılması ilə bağlı bir sıra əlavə qeydlər götürülmüş və sənədlər əldə edilmişdir. Sitologiya və Genetika İnstitutu ilə bir neçə il əvvəl bağlanmış əməkdaşlıq müqaviləsinin müddəti uzadılmış və Belarus Milli Genbankı ilə əməkdaşlığa genetik material mübadiləsinə dair yeni müqavilə bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB