Yeni Azərbaycan Partiyası tarixi şərait və dahi şəxsiyyət yaratdı FOTO
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24-cü ildönümü münasibətilə Göygöl rayonunda da təbdir keçirilib. YAP Göygöl Rayon Təşkilatından SİA-ya verilən məlumata görə, YAP Göygöl rayon təşkilatının akt zalına toplaşmış yığıncaq iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyanın cəmiyyətdə aparıcı rolundan danışıb, Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlardan bəhs edib.
T.Əliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın istək və arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi bir zərurətdən yaranmış, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində qurulub inkişaf etmişdir. Partiyamızın cəmiyyətin fəal, ziyalı, siyasi prosesləri dərindən dərk edən və düzgün nəticə çıxarmağı bacaran təbəqəsini özündə birləşdirən 700 mindən çox üzvü vardır: "Bu, Partiyamızın geniş resursa malik olduğunu göstərir".
Rayon partiya təşkilatının sədri görülən işlərin nəticələrindən danışaraq, getdikcə uğurlarımızın daha böyük olacağından bəhs etmiş, qarşıda daha ciddi sınaqların və fəth olunmalı daha yüksək zirvələrin olduğunu, hər bir partiya üzvünün üzərinə çox böyük vəzifələr düşdüyünü vurğulayaraq demişdir: YAP-ın hər bir üzvü tutduğu vəzifədən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq partiyanın sıravi üzvü kimi qarşıya qoyulan vəzifələrə nail olmaq məqsədi ilə səfərbər olmalıdır.
Çıxış edənlərdən YAP Göygöl rayon təşkilatının Texniki, təbiət fənləri təmayüllü lisey ərazi ilk partiya təşkilatının sədri Zəhra Zeynalova YAP-ın həyatında və Azərbaycan cəmiyyətində tutduğu mövqedən danışıb, tədbir iştirakçılarını və onların simasında rayon təşkilatının bütün üzvlərini YAP-ın yaranmasının 24-cü ildönümü münasibətilə bir daha təbrik edib, onlara gələcək şəxsi həyatlarında və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra çıxış edən YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin sədri Habil İsmayılov gənclərin aparıcı qüvvə kimi Yeni Azərbaycan Partiyasında və dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı roldan danışmışdır.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının 24-cü ildonümü münasibətilə Şahmat idman növü üzrə yarışlarda yer tutan komandalar qiymətli hədiyyə və diplomla təltif edildilər, rayon təşkilatının partiya quruculuğu işində fəal iştirak edənlər və rayonun ictimai həyatında fəal iştirak edən bir qrup şəxslər fəxri fərmanlarla mükafatlandırıldılar.
Sonda Göygöl rayon İH-nin Başçısı Arif Seyidov bütün YAP üzvlərini səmimi qəlbdən təbrik edərək, hər birinin işində və bu şərəfli yolda uğurlar arzuladı.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB