Bolqarıstanın Azərbaycandakı səfiri Bilik Fondunda olub FOTO

Bolqarıstanın Azərbaycandakı səfiri Bilik Fondunda olub FOTO

Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristova Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Fonddan SİA-ya verilən məlumata görə, qonağı salamlayan icraçı direktor Oktay Səmədov Fondun strukturu, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

Ölkələrimiz arasında 1992-ci ildən diplomatik münasibətlərin qurulduğunu xatırladan O. Səmədov dövlət müstəqilliyinin bərpasından sonra bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini deyib.

Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu diqqətə çatdıran icraçı direktor maarifləndirmə sahəsində Bilik Fondu ilə səfirliyin birgə layihələr həyata keçirməsini işbirliyinə töhfə kimi dəyərləndirib.

Səmimi dəvətə görə təşəkkürünü bildirən xanım Maya Xristovaölkəmizdə elmə, biliyə verilən önəmi yüksək dəyərləndirib, Azərbaycanda hökm sürən multikultural mühitdən və tolerantlıq ənənələrindənməmnum qaldığını dilə gətirib. Fondun həyata keçirdiyi maarifləndirici layihələrin, xüsusilə gənclərin dünyagörüşünün inkişafına səmərəli təsirinə toxunan səfir "Qardaşlaşmış məktəblər" layihəsinə Bolqarıstan məktəblilərinin də cəlb olunmasını, mədəni və elmi əlaqələrimizin inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsini arzuladığını dilə gətirib.

Bilik Fondu ilə Bolqarıstanın Azərbaycandakı səfirliyi arasında əməkdaşlığın daha da faydalı nəticələr verməsi üçün birgə fəaliyyət planının hazırlanması qərara alınıb. Sonda səfir Bilik Fondunun xatirə kitabına öz ürək sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə