YAP Ağdam rayon təşkilatında Partiyasının yaradılmasının 24 illiyi qeyd olunub FOTOLAR
21 noyabr 2016-cı ildə YAP Ağdam rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi münasibətilə tədbir keçirilib.
SİA-nın verdiyi məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının idarə heyəti, şura üzvləri, ərazi ilk partiya təşkilatı sədrləri, idarə və müəssisə rəhbərləri iştirak ediblər. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Yığıncağı giriş sözü ilə YAP Ağdam rayon təşkilatının sədrinin vəzifələrini müvəqqəti icra edən Zülfü Qasımov açaraq YAP-ın yarandığı 24 illik bir dovrdə gördüyü işlərə diqqət çəkmişdir. O, öz çıxışında qeyd edib. Fəxrlə demək olarki, Yeni Azərbaycan Partiyası 24 illik bir dövrdə Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində vətəndaş cəmiyyəti quruculuğunda ən fəal , ən qabaqcıl bir siyasi rol oynamaqla bu istiqamətdə mühüm tarixi əhəmiyyətli işlər görüb. Təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Cənab prezident İlham Əliyevin sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 24 il ərzində Azərbaycanın ağrılı-acılı, kədərli günlərində Azərbaycanın dağılması, parçalanması dövründən bu günki inkişafına qədər çox şərəfli və çətin bir yol keçib. Dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, iqtisadi və bu günki tərəqqisinin əldə olunmasında müstəsna rol oynamaqla bərabər ən mütəşəkkil, ən güclü və nüfuzlu , ən qabaqcıl və tərəqqipərvər siyasi partiya olduğunu Azərbaycan xalqı qarşısında xidmətləri və əməlləri ilə təsdiq edib.
Zülfü Qasımov öz çıxışında bildirib ki, Partiyamızın yaradılmasının 24-ci ildönümü ölkəmizin tarixinə əlamətdar bir hadisə kimi daxil olan bir dövrə təsadüf edir. Bəli noyabr ayı əslində ölkəmiz üçün bayramlar ayıdır. 9 noyabr Dövlət Bayrağı günü, 12 noyabr Konstitusiya günü, 17 noyabr Milli Dirçəliş Günü, nəhayət 21 noyabr Yeni Azərbaycan Partiyasının yaranması günüdür.
Daha sonra Zülfü Qasımov qeyd etdiki, hər birimiz yaxşı bilirik ki, bu ilin noyabr ayında ölkəmizin tarixində mühüm yadda qalan hadisə olan bu ilin 26 sentyabrında keçirilən konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Ümumxalq səsverməsinin(Referendum) şəffaf, demokratik şəraitdə keçirilməsi və həmişə olduğu kimi bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirdi. Rayonumuzda Ümumxalq səsverməsinin (Referendum) uğurla keçirilməsi hər bir Ağdamlının qələbəsidir, Yeni Azərbaycan Partiyasının qələbəsidir.
Çıxış edənlərdən YAP Ağdam rayon təşkilatı Qadınlar Şurasının sədri Mətanət Misirxanova bildirdi ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən müstəqil dövlətçilik prinsipinə sədaqət nümayiş etdirmişdir və güclü lideri , bitkin proqramı, hərtərəfli siyasi platforması, qətiyyətli mövqeyi sayəsində Yeni Azərbaycan Partiyası tezliklə öz sıralarında ictimayətin geniş təbəqələrini birləşdirərək əsl ümumxalq partiyasına çevrilib.
Çıxış edənlərdən YAP Ağdam rayon təşkilatı İdarə heyətinin üzvü Qədulla Səfərov və rayon Təbliğat qrupunun rəhbəri Hüseyn Bayramov çıxış edərək bildirdilər ki, 24 illik tarixə diqqət çəkərək bu qısa , həmdə böyük bir dövrdə partiyanın Azərbaycan xalqı qarşısında gördüyü işləri cox yüksək qiymətəndirdilər və qeyd etdilər ki, bu dövr ərzində Yeni Azərbaycan Partiyası dövlətçilik uğrunda yorulmadan xidmət etmiş və öz uğurlu işi ilə ölkəmizi dünya miqyasında tanıtmağa nail olub.
Daha sonra yekun nitqi ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 24 il ərzində Azərbaycanın ağrılı-acılı, kədərli günlərində Azərbaycanın dağılması, parçalanması dövründən bu günki inkişafına qədər çox şərəfli və çətin bir yol keçib və dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, iqtisadi tərəqqinin əldə olunmasında müstəsna rol oynamaqla bərabər ən mütəşəkkil, güclü və nüfuzlu, ən qabaqcıl və tərəqqipərvər siyasi partiya olduğunu Azərbaycan xalqı qarşısında xidmətləri və əməlləri ilə təsdiq edib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş bir qrup gəncə YAP üzvülük vəsiqələri təqdim olunub.
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə təbrik məktubu ünvanlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB