Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 25-də Qobustan rayonunda Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan və Abşeron rayonlarının sakinləri ilə görüşəcək. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Qobustan rayon Kənd Təsərrüfatı İdarəsinə (050-317-81-45) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB