AMEA Naxçıvan bölməsi saytını yeniləyir

AMEA Naxçıvan bölməsi saytını yeniləyir

AMEA Naxçıvan Bölməsinin internet saytı 2010-cu ildən fəaliyyət göstərir. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi ndən SİA-ya verilən xəbərə görə, veb-saytda bölmənin yaranma tarixi, rəsmi sənədlər, təşkilatın əsas fəaliyyətinin istiqaməti, institutların ünvanları, strukturu, elmi nəticələri, eyni zamanda alimlər, elmlər doktorları, AMEA-nın həqiqi və müxbir üzvləri, gənc alimlər, dissertantlar, qrant layihələri haqqında əhatəli məlumatlar verilib. Bununla yanaşı saytda bölmənin müxtəlif profilli institutlarında elmi-tədqiqat işləri aparmış əməkdaşların əldə etdiyi elmi nəticələr və nəşr olunmuş elmi əsərlər, o cümlədən kitablar, monoqrafiyalar, məqalələr öz əksini tapıb.

Bölmənin Rəyasət heyəti və heyətin üzvləri, heyətinin nəzdindəki təşkilatlar, köməkçi heyətlər, eləcə də Mərkəzi Elmi Kitabxana, Tusi nəşriyyatı ilə bağlı məlumatların yer aldığı saytda elanlar, fotoqalereya, əlaqə, maraqlı məlumatlar, mühüm hadisələr və il ərzində keçirilmiş konfranslar haqqında da ətraflı məlumatlar verilib.

Haliyədə Naxçıvan Muxtar Respublikasının elm mərkəzi olan AMEA Naxçıvan Bölməsinin fəaliyyətini hərtərəfli əhatə edən www.ameanb.nakhchivan.az saytının yeni variantı üzərində işlər aparılır. 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərməsi nəzərdə tutulan saytın yeni variantı ilin sonuna kimi ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə