Həkim: "15 dəqiqədən artıq qalan qara çay zəhərə çevrilir" AÇIQLAMA - SƏS TV
Fəsil dəyişdikdə insanların bir çoxu zökəm, boğaz ağrısı kimi xəstəlliklərə yoluxurlar. Bir çoxları apteklərdə satılan müxtəlif dərmanların qəbuluna üstünlük versələr də, bəzi insanlar təbii bitki çaylarından istifadəyə üstünlük verirlər. Lakin bütün bitkiləri bir-birinə qatıb onu məlhəm kimi qəbul etmək düzgündürmü? Bitki çayları necə hazrlanmalıdır?
Bununla bağlı SİA-ya açıqlama verən həkim, fitoterapevt Sadiq Salamı bildirib ki, çay bitkiləri hazırlayarkən bir-biri ilə yola gedən və getməyən bitkiləri tanımaq vacibdir: "10-15 bitkini bir yerə qatıb dəmləmək düzgün deyil. Elə bitkilər var ki, onlar sadəcə əsəb sakitləşdiricidirlər. Belə bitkiləri bir yerdə dəmləmək olar. Lakin limfa sistemini tənzimləyən bitkiləri ayrı dəmləmək lazımdır".
Dəmləmə texnologiyasından söz açan həkim terapevt söyləyib ki, bitki çayı hazırlamaq üçün ilk növbədə suyu qaynatmaq lazımdır: "Lakin onu qaynayan kimi bitkinin üzərinə tökmək olmaz. Suyumuz 80 selsi dərəcəyə qədər soyuduqdan sonra 4 xörək qaşığı bitkinin üzərinə 2 stəkan su töküb 15 dəqiqə müddətində dəmləyə bilərik. Bitki çayı dəmləndikdən sonra 1 saat müddətində isti mühitdə qalmalıdır. Bu müddətdən sonra bitki çayı mütləq şəkildə süzülməlidir. Yəni bitki 1 saatdan artıq həmin çayın içərisində qalmamalıdır. Bitki çaylarının faydasını görmək üçün onu qənd, konfetlə deyil, bal və ya meyvə quruları ilə içmək düzgün sayılır. O zaman bitki çayları daha effektli təsir gücünə malik olurlar. Ümumiyyətlə bitki çaylarından orqanizmdəki əxsətliklərə görə istifadə edilməlidir. Əgər bir insanın təzyiqi ağıdırsa, o daimi şəkildə tərkibində yemişən, bədrənc otundan hazırlanan çay içə bilməz. çünki, o zaman təzyiqi daha da aşağı düşə bilər. Əksinə təzyiqi yuxarı olanların da jenşen bitkisindən çay içməsi qadağan edilir".
Sadiq Salamı qeyd edib ki, bitki çaylarını tez-tez dəyişdirmək daha düzgün hesab olunur: "Hər zaman eyni bitki çayını içmək məsləhət görülmür. Çünki, hər bitki çayının özünəməxsus xüsusiyyətləri və xeyrləri var. Hazırda insanların əksində əsəbə gərginliyi və nevroz var. Belə olan halda, kəkotu, lavanda bədrənc, dağotu, nanənin qarşığından çay hazırlamaq mümkündür. Belə çaylardan uzun müddət istifadə etmək ziyansızdır.Bundan əlavə insane enerji verən bitkilər var ki, onlardan çay dəmləmək olar. Jenşen bitkisi var ki, ondan həm çay, həm də xırdalayıb balla qatmaq mümkündür. Bundan əlavə tibet zirinci otu var ki, o insandakı qocalma prosesinin, eləcə də xərçəngin qaşısını alır. Bu otdan gündə iki dəfə istifadə etmək məsləhət görünür. Lakin bu ot gecə qəbul edildikdə yuxusuzluq yarada bilər"
Həkim əlavə edib ki, evdə qara çay dəmlədikdə onu 15 dəqiqədən artıq saxlamaq olmaz: "Qara çayın istifadə müddəti bitki çaylarından da azdır. Onu dəmlədikdən sonra yalnız 15 dəqiqə ərzində içmək lazımdır. Əks halda, onun ziyanı xeyrindən daha çox olur. 15 dəqiqədən artıq qalan qara çay zəhərə çevrilir. Yaşıl çayı isə qəti şəkildə saxlamaq olmaz. Onu yalnız içdikdə dəmləmək məsləhət görülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB