Gənc türkoloqların beynəlxalq elmi konfransı başlayıb

Gənc türkoloqların beynəlxalq elmi konfransı başlayıb

Bü gün Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Şərqşünaslıq institutunda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş "Müasir türkoloji tədqiqatlar:problemlər və perspektivlər" mövzusunda gənc türkoloqların beynəlxalq elmi konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, iki gün davam edəcək konfransı açan AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq insitunun direktoru, akademik, millət vəkili Gövhər Baxşəliyeva xatırladıb ki, Prezident İlham Əliyev bu ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq AMEA-da bir sıra tədbirlər keçirilib. G.Baxşəliyeva əlavə edib ki, tədbirlərdən biri olan gənc türkoloqların beynəlxalq elmi konfransına 126 məruzə təqdim edilib. Onların arasında Gürcüstan, Ukrayna, Özbəkistan və Türkiyədən olan gənc alimlərin də məruzələri var. G.Baxşəliyeva əlavə edib ki, 90 il əvvəl, 1926-cı ildə keçirilmiş qurultay türkdilli xalqların həyatında mühüm əhəmiyyət kəsb etmişdi: "Həmin qurultayda şərqşünas türkoloqlar da iştirak edib. Qurultayda bir çox vacib qərarlar verildi ki, onlardan da biri latın əlifbasına keçilməsi idi. Türkdilli xalqların mədəni, mənəvi inteqrasiyasında bu konfransın mühüm rolu oldu. İştitakçılar türk folkloru, etnoqrafiyası və s. sahələrdə aktual problemləri müzakirə edərək, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdilər. Ümumilikdə konfransda 131 alim iştitak edib. Həmin alimlərin əksəriyyəti 37-ci ilin repressiyasına məruz qaldı. Lakin onların əsasını qoyduqları böyük iş öz bəhrəsini verdi".

G.Baxşəliyeva türk dünyası ilə əlaqələrin qurulmasında və inkişafına Ümummilli Lider Heydər Əliyevin rolunu qeyd edib. Bildirib ki, Ümummulli Lider türkdilli ölkələrin rəhbərləri ilə müntəzəm görüşlər keçirir, müzakirələr aparırdı. Akademik onu da vurğulayıb ki, bugünkü konfransda çoxsaylı gənc alimin iştirak etməsi estafetin etibarlı əllərdə olduğunu göstərir.

AMEA-nın vitse-prezidenti, akedemik, millət vəkili İsa Həbibbəyli Prezident İlham Əliyevin Sərəncamının böyük əhəmiyyətə malik olduuğunu deyib. O bildirib ki, 90 ilə əvvəl Bakıda keçirilmiş qurultayın ən önəmli qərarı latın əlifbasına keçidlə bağlı oldu: "Türk xalqlarının ədəbi-mədəni birliyinin müşahidə olunması sovet rəhbərliyi narahat erməyə başladı. Buna görə də qurultayın sağ qalmış nümayəndələri ya sürgünə göndərildi, ya da ölüm cəzasına məhkum edildi".

İ.Həbibbəyli əlavə edib ki, Prezidentin Sərəncamına uyğun olaraq təkcə ölkəmizdə deyil, onun hüdudlarından

kənarda da, Macarıstanda, Qazaxıstanda, Türkiyədə bununla bağlı tədbirlər keçirilib. O, Ümummilli Lider Heydər Əliyevin türk dünyasının birliyi üçün gördüyü işlərdən danışıb Bildirib ki, Heydər Əliyev milli mənəvi söykökə qayıdışı, tarixə baxışı dirçəltdi. Müstəqillik dövründə də Ümummilli Lider bu ptoseslərə böyük diq1qət yetirdi.

AMEA-nın ictimai elmlər bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova ilk türkoloji qurultayın keçirilməsini inqilabi hadisə adlandırıb. O bildirib ki, türk dünyası deyəndə çox böyük coğrafi məkan nəzərdə tutulur: "Bu, Asiya və Avropanı əhatə edir. Türk dünyasının zitvə nöqtəsinə çatma və tənəzzül uğrama dövrləri olub. Amma hər zaman öz mövqeyini bərpa edə bilib".

N.Axundova. Bakıda türkoloji qurulatın 90-cı ildönümü ilə bağlı keçirilən tədbirlərin önəmini vurğulayıb.

Qeyd eək ki, konfrans iki gün ərzində öz işini bölmələrdə davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə