Gün ərzində 84 cinayət faktı qeydə alınıb

Gün ərzində 84 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 15-i "isti izlər"lə açılıb. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 17 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə