Komitə sədri: "Erməni əsirliyində olan qadınlarımızdan xəbər yoxdur"

Komitə sədri: "Erməni əsirliyində olan qadınlarımızdan xəbər yoxdur"

"Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində minlərlə Azərbaycan qadını ağlasığmaz təhqirlərə, zorakılığa məruz qalıb". SİA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasının açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, erməni əsirliyində olan, itkin düşən azərbaycanlı qadınların taleyindən heç bir xəbər yoxdur: "Bu, zorakılığın ən qəddar nümunəsidir. Amma çox təəssüf ki, Azərbaycan xalqı bunu yaşayıb və hazırda da yaşamaqdadır"

Bütün xəbərlər Facebook səhifəmizdə