Uşaqların təhlükəli əşyalara meyli psixoloji pozuntunun göstəricisidir MÜTƏXƏSSİS RƏYİ

Uşaqların təhlükəli əşyalara meyli psixoloji pozuntunun göstəricisidir MÜTƏXƏSSİS RƏYİ

Uşaq dünyaya gətirib, onu böyütmək çox çətindir. Kənardan bu asan görünsə də uşağı böyütmək yalnız qarnını doydurmaqla bitmir. Uşaqları qorumaq və onları təhlükədən uzaq tutmaq valideyn üçün əsas şərtlərdəndir. Amma nədənsə bu məsələdə uşaqlar valideynin əksinə gedərək təhlükəli əşyaralar, hadisələrə daha çox meylli olurlar ki, belə hallar, çox vaxt heç də yaxşı sonluqla bitmir. Bu cür hadisələr uşaqların sağlamlığına ziyan vurmaqla yanaşı, hətta ağır faciələrə, ölüm hallarına gətirib çıxara bilir. Belə olduqda valideyn övladını bu sadalananlardan qorumaq üçün onları addım-addım izləmək məcburiyyətində qalır.

Uşaqların təhlükəli əşyalara meyl etməsi, onlarda psixoloji pozuntunun göstəricisidir

Bununla bağlı SİA-ya açıqlama verən Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova bildirib ki, uşaqların evdə oyuncağa deyil, onların yaşı üçün təhlükəli olan digər əşyalara meyl etməsi, onlarda psixoloji pozuntunun göstəricisidir: "Psixologiyada piromaniya termini var ki, bu cür uşaqlar hər zaman evdə təhlükə yaradacaq amillərə daha çox meylli olurlar. Belə ki, onlar alova meylli olur, ətrafda nəyisə yandırır, qaza doğru addım atır, elektrik sayğaclarına doğru gedirlər. Təbii ki, bəzən valideynlər bu haqda uşaqları məlumatlandırır, hətta evdə qoyub harasa gedəndə onları bu cür nüanslardan uzaq durmağı tapşırır, sanki onlara qadağa qoyurlar. Qadağa olanda sanki uşaqda daha çox maraq yaranmağa başlayır və onlar düşünürlər ki, görəsən nə üçün onlara əl vurmaq olmaz. Qadağa insanda ona qarşı marağı artırır. Bu səbəbdən də azyaşlı uşaqlar, dərk etmədən qadağan olunan əşyalara maraq göstərməklə təhlükə ilə üzləşirlər. Uşaqlar təhlükəni görmədən hadisəni qəbul etmirlər. Misal üçün hansısa uşağa işığa əl vurmaq olmaz dedikdə o bunu dərk etmək istəmir. Lakin əlini vurub ondan təhlükə gördükdə hadisəni qavramağa başlayır. Bu baxımdan da valideynlər uşaqları tək qoyduqda narahatçılıq hissi keçirir, hər hansı bir hadisənin baş verəcəyindən ehtiyat edirlər. Belə olan halda uşaqları evdə tək, nəzarətsiz şəkildə qoymaq olmaz. Onlar daim diqqətdə olmalıdırlar. Bu cür uşaqları olan valideynlər harasa getdikdə övladlarının yanında mütləq şəkildə kimisə qoymalıdırlar".

Valideynlər uşaqlarına təhlükəli hadisələrdən uşaq tutmaq istəyirlərsə, o zaman onların oyuncağa olan meylini artırmağa çalışmalıdırlar

Psixoloqun sözlərinə görə, təhlükəli əşyalara maraq edən və bu cür hadisələri törətməyə enerjisi olan uşaqların valideynlər bu cür əşyaları evdən uşaqlaşdırmalı və ya qapalı yerlərdə gizlətməlidirlər: "Belə əşyalar əl çatmaz, gözdən uşaq yerlərdə olmalıdır. Çünki uşaqlar göz önündə olan təhlükəli əşyalara meyl göstərirlər. Hətta valideynlər evdən gedərkən qazları bağlasalar daha yaxşı olar. Bu cür uşaqlarda psixoloji pozuntu olduğu üçün onlar istənilən yaşda təhlükəli əşyalara maraqlı olurlar. Ola bilsin belə uşaqlar fizioloji cəhətdən daha dolğun görünə bilərlər, lakin onlar psixoloji cəhətdən inkişaf etmirlər. Valideynlər uşaqlarına təhlükəli hadisələrdən uşaq tutmaq istəyirlərsə, o zaman onların oyuncağa olan meylini artırmağa çalışmalıdırlar. Uşaqları hər tərəfdən oyuncaqla əhatə etmək lazımdır. Çalışın bütün otaqlarda rəngli oyuncaqlar olsun ki, uşaqlar onlara meyl etsinlər. Çünki rəng uşaqlarda zövqü və oyuncağa olan ehtirası üzə çıxardır".

Bütün xəbərlər Facebook səhifəmizdə