Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları Sumqayıt şəhəri ərazisində birgə tədbirlər həyata keçiriliblər. Bunun nəticəsində şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməyən və markalanmamış dini təyinatlı ümumilikdə 328 ədəd ədəbiyyat və 315 ədəd "DVD" disklər aşkar edilərək götürülüb. Həmin mağazaların lisenziyası olmadan fəaliyyət göstərmələri də müəyyən edilib.
Faktlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokollar tərtib olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB