Dünyada ilk dəfə insana süni ürək köçürülməsi əməliyyatını həyata keçirən cərrah Denton Kuli ABŞ-da vəfat edib. AzVision.az-ın xəbərinə görə, 96 yaşlı cərrah Hyustondakı evində dünyasını dəyişib.
Qeyd edək ki, Denton Kuli 1968-ci ildə dünyada ilk dəfə olaraq uğurlu ürəkköçürmə əməliyyatı aparıb. Bundan sonra o, 100 minə yaxın əməliyyat aparıb və bir sıra mükafatlara layiq görülüb. Onların arasında ABŞ-da mülki şəxslərə verilən yüksək mükafatlardan biri – "Azadlıq" prezident medalı da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB