Sürücülük imtahanı verilərkən "B" kateqoriyası üzrə avtomatik ötürmələr qutusu olan avtomobillə təcrübi imtahan verməyə icazə verən dəyişiklik bu gün qüvvəyə minib. SİA-nın məlumatına görə, bu barədə "Digesta" hüquq mərkəzinin rəhbəri Ərşad Hüseynov sosial şəbəkədə yazıb. Ekspert bildirib ki, qanuna dəyişikliyi dərhal tətbiq etmək mümkün olmayacaq: "Çünki sürücülük imtahanı ilə bağlı Nazirlər Kabinetinin qərarı və DİN-in təlimatı da dəyişdirilməlidir.
Bu gün həm də xaricdə alınan sürücülük vəsiqələrinin dəyişdirilməsinin konkret müddətlə məhdudlaşması barədə dəyişiklik də qüvvəyə mindi. Xarici sürücülük vəsiqəsi olanlar onu 1 aydan gec olmayaraq bizim milli vəsiqəyə dəyişməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB