Laval Daaura Ado: "Konqres dünya mediasının inkişafına töhfə verdi" AÇIQLAMA
"Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi çox yüksək səviyyədə keçirildi. Burada media sahəsində mühüm məsələlər müzakirəyə çıxarıldı". Bunu SİA-ya açıqlamasında Nigeriyanın NAN xəbər agentliyinin nümayəndəsi Laval Daaura Ado deyib.
O, konqresdə müzakirə olunan mövzuların dünya mediası üçün əhəmiyyətindən danışıb: "Tədbir xəbər agentliklərinin bir çox problemlərinin həllində əhəmiyyətli oldu. Bütün dünyanın hər yerindən xəbər agentliklərinin rəhbərləri Bakıda bir araya gəldilər. Bu isə təcrübələrin öyrənilməsi, fikir mübadiləsi baxımından çox əhəmiyyəlidir. Konqres dünya mediasının inkişafına töhfə verdi".
Qonaq Bakı haqda da fikirlərini bildirib: "Bu, mənim Bakıya ilk səfərimdir. Mən Nigeriyadan öz rəhbərimlə birlikdə bura gəlmişəm. Paytaxtınıza ilk qədəmimizi qoyandan buranın gözəlliyinə heyran olmuşuq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB