"Qeyri-sabit hava noyabrın 22-dək davam edəcək" AÇIQLAMA

"Qeyri-sabit hava noyabrın 22-dək davam edəcək" AÇIQLAMA

"Azərbaycanda qeyri- sabit hava şəraiti noyabrın 22-dək davam edəcək". Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, arabir yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda yağışın sulu qara keçəcəyi gözənilir: "Artıq bölgələrimizdə yağış sulu qara keçib. Bəzi ərazilərdə intensiv xarakterlidir. Bakıda isə noyabrın 19-da yağış yağacağı gözlənilir. Respublika ərazisində havanın temperaturu əvvəlki günlərlə müqayisədə aşağı düşüb".

Qeyd edək ki, Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə