Agentlik direktoru: "Azərbaycan tədbiri yüksək səviyyədə təşkil edib" AÇIQLAMA
"İlk dəfədir ki, Bakıya gəlirəm. Şəhərinizi çox bəyəndim. Ailəmlə birlikdə Bakıya turist kimi gəlib şəhərinizi daha yaxşı gəzmək istəyirəm". Bunu SİA-ya açıqlamasında Koreyanın "Yonhap" xəbər agentliyinin direktoru Tae-Sunq Junq deyib.
Azərbaycan haqqında müsbət fikirlərini bildirən qonaq Bakıda baş tutan Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının əhəmiyyətindən söz açıb.
O bildirib ki, hər iki tədbir dünya xəbər agentlikləri arasında əməkdaşlığın gücləndirilməsində müstəsna əhəmiyyətə malik olacaq: "Tədbirlər çərçivəsində dünya xəbər agentlikləri qarşısında duran mühüm çağırışlar edilməklə yanaşı, vacib qərarlar qəbul edildi. Burada agentlik rəhbərləri gələcək əməkdaşlığın istiqamətlərini müəyyən etdilər. Ümumiyyətlə, Azərbaycan tədbiri yüksək səviyyədə təşkil edib. yüksək səviyyəli təşkilatçılığa görə ölkənizə və səlahiyyətli insanlara dərin minnətdarlığımı bildirərm. Çox sevinirəm ki, OANA-nın 2019-cu ildə keçiriləcək növbəti assamblyeası Koreyada baş tutacaq. Hər kəsi öz ölkəmdə gözləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB