Mohannad Sulaiman Alnoaimi: "Tədbirlərdə qarşıya qoyulan məqsədlərə nail olundu" AÇIQLAMA

Mohannad Sulaiman Alnoaimi: "Tədbirlərdə qarşıya qoyulan məqsədlərə nail olundu" AÇIQLAMA

"Azərbaycan Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasını yüksək səviyyədə təşkil edib". Bunu SİA-ya açıqlamasında Ərəb Xəbər Agentlikləri Federasiyasının vitse-prezidenti Mohannad Sulaiman Alnoaimi deyib.

Onun sözlərinə görə, hər iki tədbiri dünya mediası üçün ən mühüm hadisələrdən hesab etmək olar: "Belə ki, tədbir çərçivəsində 100-dən artıq dünya xəbər agentlikləri bir araya gəldi, təcrübə mübadiləsi apardı, qarşılarında duran çağırışları müzakirə etdilər. Bu baxımdan hesab edirəm ki, tədbirin keçirilməsində qarşıya qoyulan məqsədlərə nail olundu".

Təşkilata sədrliyin Azərbaycana keçməsinə gəlincə Mohannad Sulaiman Alnoaimi ölkəmizin növbəti dövrdə təşkilata uğurla sədrlik edəcəyinə inandığını ifadə edib.

Bakı haqqında təəsüratlarını bölüşən qonaq paytaxtımızı bəyəndiyini deyib: "Bakı hər il dəyişir və inkişaf edir. Paytaxt Bakı gözəl və müasir bir şəhərə çevrilib".

Bütün xəbərlər Facebook səhifəmizdə