Öldürülən şəxsin qatilləri saxlanılıb

Öldürülən şəxsin qatilləri saxlanılıb

Bakı şəhər sakini Tural Hacıyevi küt alətlə qətlə yetirən Samir və Fərid Əliyev artıq saxlanılıb. Bu barədə SİA-nın bölgə müxbirinə rayon Polis Şöbəsindən məlumat verilib. Bildirilib ki, noyabrın 13-də baş vermiş qətldə Tural Hacıyev döyüldükdən sonra Samir Əliyevə məxsus avtomobillə xəstəxanaya gətirilib. Bundan sonra keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qatillər saxlanılıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə