OANA-nın növbəti Assambleyası Koreyanın paytaxtı Seulda keçiriləcək
Asiya və Sakit Okean Ölkələri Informasiya Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası 2019-cu ildə Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək. SİA-nın xəbərinə görə bu barədə qərar OANA-nın Bakıda keçirilən XVI Baş Assambleyasında qəbul edilib. Qeyd edək ki, Bakıda Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası başa çatdı. Təşkilatın ali orqanının toplantısında 40 agentliyin 80-dən çox rəhbəri və təmsilçisi iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB