Bakıda keçirilən Asiya və Sakit Okean Ölkələri Informasiya Agentlikləri Təşkilatınının (OANA) Baş Assambleyasının ikinci sessiyasında AzərTAC baş direktoru Aslan Aslanov OANA-nın prezidenti seçilib. Bununla da 2016-2019-cu illərdə OANA-ya sədrlik Rusyanın TASS agentliyindən AzərTAC-a keçib. TASS, "Anadolu", "Sinxua" və YUNHAP (Koreya) agentlikləri vitse-prezident vəzifəsini icra edəcəklər. Tədbirdə çıxış edən A. Aslanov yüksək etimada görə təşəkkür edib.
O bildirib ki, Bakıda iki gün ərzində baş tutan Dünya Xəbər Agentlikləri Konqresində dünya mediasının problemləri və digər məsələlər 5 sessiyada mükəmməl şəkildə dünya xəbər rəhbərlərinin iştirakı ilə müzakirə olunub: "Bu gün isə Asiya və Sakit Okean Ölkələri AgentliklərinTəşkilatının Baş Assambleyasında toplaşmışıq. Tədbirdə iştirak etdiyinizə görə hər birinizə təşəkkür edirəm. Bu gün bizi sədr seçməklə AZƏRTAC-a dəstəyinizi bir daha təsdiq etdiniz. OANA- nın fəaliyyətində buradakı agentliklərin rolu böyükdür. Təşkilatln aktiv saytı var və bura üzv olan xəbər agentlikləri xəbərlərinyi yerləşdirir ki, bu da təcrübə mübadiləsi üçün geniş imkan yaraşır. Ötən 3 ərzində TASS agentliyi OANA-nın inkişafına böyük təsir edib. OANA-nın büdcəsində xeyli vəsait var və biz TASS-ın təcrübəsindən istifadə edərək saytın daha aktiv fəaliyyət göstərməsinə çalışacağıq. AZƏRTAC sədrlik dövründə bütün agentliklərə öz diqqətini, təcrübə mübadiləsinin inkişafna müsbət təsir göstərəcək. Bizi dəstəklədiyinizə görə təşəkkür edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB